Logo

Hazırlıq kursunun növbəti məşğələləri keçirilib

05.12.2022 10:14 192 baxış
IMG

Dövlət İmtahan Mərkəzi tərəfindən dekabrın 3-də fizika və biologiya fənləri üzrə qəbul, dekabrın 4-də isə riyaziyyat fənni üzrə ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyələri üzrə buraxılış və qəbul imtahanlarında istifadə ediləcək qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kurslarının ilk mərhələsinin ikinci məşğələsi keçirilib. 

Tehsil.biz xəbər verir ki, hazırlıq kursunda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.

Moderatorlar – fizika fənni üzrə Əlövsət Rəcəbli, biologiya fənni üzrə Nailə Əliyeva və riyaziyyat fənni üzrə Aqşin Abdullayev ölkənin təhsil sistemində tətbiq edilən milli və beynəlxalq qiymətləndirmə formaları və imtahanlarda istifadə edilən tapşırıq tipləri barədə təqdimatla çıxış ediblər.

Təqdimatlar ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Hazırlıq kursunun üçüncü məşğələsi növbəti həftə keçiriləcək. Qeyd edək ki, hazırlıq kursu onlayn formada keçirilib.

Xəbər lenti