Logo

Nazirlik bu tədbir üçün 30 milyon manat xərcləyib?

10.12.2022 11:55 695 baxış
IMG

"Dekabrın 5-9 tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində SAF 2022 (STEAM Azərbaycan Festivalı) keçirilib. Amma tədbirin keçirilməsi üçün sərf edilmiş maliyyə ilə bağlı bu tədbirin hansı MMC tərəfindən təşkil edilməsi haqqında məlumat yoxdur".

Tehsil.biz xəbər verir ki, bu fikirləri təhsil eksperti Kamran Əsədov bildirib. 

Ekspert qeyd edib ki, onda olan məlumata görə tədbirin keçirilməsinə 30 milyon manat vəsait sərf olunub:

"Mən tender.gov.az portalında tədbirin keçirilməsi üçün nəzərdə tutulan tender görmürəm, tapa bilmirəm. Məsələ o deyil ki, bu STEAM lazımdır, uşaqlar texnologiyaları öyrənirlər, o ayrı mövzudur. Mənə hələ ki, bu tədbirin keçirilməsinin maliyyə tərəfi, tender tərəfi maraqlıdır".

Kamran Əsədov şairlərin bir qurultay keçirmək üçün 200 min manat vəsait aldıqlarını, az qala vətən xaini elan edildiklərini vurğulayıb:

"İndi 30 milyon manat vəsait sərf edilib, lakin heç kimə maraqlı deyil. Bu heç də təhsilə, elmə ayrılan vəsait kimi başa düşülməməlidir. Niyə Elm və Təhsil Nazirliyi maliyyə hesabatlılığında obyektiv və şəffaf deyil? Nədən narahatdırlar?"

Mərcanə Əsədova

Xəbər lenti