Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda müstəqil dövlət quruculuğu sahəsində mühüm addımlar atıldı.
Demokratik prinsiplər əsasında vətəndaş məmnunluğunu təmin edəcək kadr islahatları həyata keçirildi. Gənclər ön plana çəkilməklə yanaşı onların şəxsi inkişafı üçün xüsusi proqramlar da hazırlandı. Hərtərəfli siyasətin cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi müsbət nəticələr verdi.
Məmur-vətəndaş münasibətlərinin inkişafına yönəlmiş uğurlu siyasət Azərbaycanın parlaq gələcəyinin qurulmasına xidmət edir. Bu sahədə müsbət nümunələrdən birini ortaya qoyan Milli Məclisin VI çağırış deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovdur. O, seçicilərinə, gənclərə, şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına xüsusi diqqət və qayğı ilə yanaşır. Onların bütün məsələləri ilə yaxından maraqlanır. Mövcud problemlərin aradan qaldırılmasında əlindən gələni edir. Buna görə də parlamentari gənclərin sevgisini, seçicilərinin isə etimadını qazanıb.
Deputat Ceyhun Məmmədov ilə birlikdə bir çox tədbirlərdə iştirak etmişik. Bütün çıxışlarını vətənin, millətin, dövlətçiliyin və gənclərin maarifləndirilməsinin ətrafında quran ziyalımızın hər kəsə nümunə olduğunu deyə bilərəm. Gənclərə canlı görüşlərdə və sosial şəbəkələr üzərindən verdiyi tövsiyələr onların ölkəmizə yararlı vətəndaş kimi yetişmələri istiqamətində yol xəritəsi rolunu oynayır. O, sadəliyi, səmimiyyəti və yüksək insani keyfiyyətləri ilə seçilir. Eyni zamanda milli maraqlarımızı həm ölkə daxildə, həm də ölkə xaricində yüksək səviyyədə müdafiə edir. Mən dəyərli ziyalımız, millət vəkili Ceyhun Məmmədova uzun ömür can sağlığı arzulayır, xalqımız üçün ümumilli əhəmiyyət daşıyan fəaliyyətində uğurlar diləyirəm!
Anar Salehoğlu
İctimai-siyasi fəal