Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 185 məktəbdə təşkil edilən 768 təmayül sinifdə 16 085 şagird təhsil alır.
Bu barədə "Tehsil.biz"ə BŞTİ-dən bildirilib.
Qeyd olunub ki, 2022-ci təqvim ilində paytaxtın 15 təhsil müəssisəsində təmayül sinifləri üzrə monitorinqlər aparılıb və 50-yə yaxın dərs dinlənərək təhlil edilib.
Ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edən təmayül siniflərə şagirdlərin marağı ilbəil artmaqdadır.