Logo

Erasmus+ Jean Monnet Module layihəsi tamamlanıb

12.01.2023 14:04 331 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Akkreditasiya və lisenziya şöbəsinin müdiri Elmar Mustafayevin akademik koordinatoru olduğu nüfuzlu Erasmus+ Jean Monnet Module layihəsi müvəffəqiyyətlə tamamlanıb. 

Tehsil.biz xəbər verir ki, 2019-cu ildən start verilən layihə çərçivəsində Elmar Mustafayev tərəfindən 3 il boyunca Xəzər Universitetinin Politologiya, Beynəlxalq münasibətlər və Regionşünaslıq (Avropa) ixtisaslarında təhsil alan tələbələrə Avropa İttifaqı və onun institutları simulyasiya oyunları vasitəsi ilə tədris olunub.

Eləcə də, Azərbaycanın müxtəlif ali təhsil müəssisələrindən 50-dən çox tələbənin qatıldığı simulyasiya oyunları və media nümayəndələri və Jurnalistika ixtisası üzrə təhsil alan tələbələrə Avropa İttifaqının işləmə mexanizmi haqqında seminarlar təşkil edilməklə yanaşı Avropa İttifaqı-Azərbaycan münasibətlərinə dair elmi-tədqiqat məqalələri dərc edilib.

Xəbər lenti