Logo

Türkiyədəki azərbaycanlı alim 20 Yanvar faciəsindən yazıb

23.01.2023 20:03 76 baxış
IMG

Türkiyənin https://www.gazetekars.com xəbər portalında “20 Yanvar “Qara” deyil, qızıl hərflərlə yazılan tariximizdir!” sərlövhəli məqalə yayımlanıb.

Tehsil.biz xəbər verir ki, Qars şəhərindəki Qafqaz Universitetinin Qafqaz və Mərkəzi Asiya Araşdırma Mərkəzinin müdiri Prof.Dr. Hacalı Nəcəfoğlunun qələmə aldığı məqalədə bildirilib ki, 33 il əvvəl, 1990-cı il yanvarın 20-də amansız sovet rejimi Azərbaycan xalqına qarşı əvvəlcədən düşünülmüş və planlaşdırılmış vəhşi qətliam həyata keçirib. “Tarixdə görünməmiş qətl sadə insanlara qarşı törədilib. Dövlət öz vətəndaşlarına silah qaldırdı: uşaqlara, qadınlara, qocalara. Müqəddəs Vətən torpağının – Qarabağın zorla alınmasına dinc yolla etiraz edən Azərbaycan xalqını amansızcasına cəzalandırdı”, - deyə professor vurğulayıb.

Totalitar bolşevik rejiminin xalqımıza qarşı törətdiyi bu bəşəri cinayətin tarixi, sosial və siyasi köklərinin bütün aspektlərinə aydınlıq gətirən müəllif qeyd edib ki, Mixail Qorbaçov niyyətinə çata bilmədi. “1990-cı il yanvarın 20-də Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı azadlıq və müstəqillik arzularından əl çəkməyəcəyini, bu müqəddəs məqsəd uğrunda canından keçməyə hazır olduğunu bütün dünyaya bəyan etdi”.

Nəzərə çatdırılıb ki, məhz 20 Yanvar tarixindən dərs alan Azərbaycan gəncləri 30 il sonra öz qanları bahasına torpaqlarımızı düşmən işğalından xilas edib, Qarabağın ürəyi olan Şuşa qalasında şanlı bayraqlarımızı dalğalandırıblar. “İllər keçəcək, nəsillər dəyişəcək, lakin müstəqilliyimiz, müqəddəs torpağımız uğrunda canlarından keçmiş vətən övladlarının xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır”.

Qeyd edək ki, Hacalı Nəcəfoğlu ötən il Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçısı olub. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə Hacalı Nəcəfoğlu “Tərəqqi” medalı ilə təltif olunub.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür.

Xəbər lenti