Logo

Kim Yong İl və onun iki magistr tələbəsi ilə görüş olub

24.01.2023 10:15 69 baxış
IMG

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Koreyanın Seul Dövlət Universitetinin Humanitar Elmlər Kollecinin Arxeologiya və Tarix Departamentinin professoru Kim Yong İl və onun iki magistr tələbəsi ilə görüş olub.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib. Qeyd olunub ki, professor Kim Yong İl 2009-cu ildən başlayaraq Qəbələ ərazisində institutun əməkdaşları ilə birlikdə bir sıra antik və orta əsrlərə aid arxeoloji abidələrdə çöl tədqiqat işləri aparır. 2022-cü ildə o, Mil düzündə yerləşən Dəmir dövrü qəbir abidələrinin tədqiqində iştirak edib.

İnstitutun baş direktoru professor Abbas Seyidov bildirib ki, beynəlxalq tərkibli arxeoloji ekspedisiyaların elmi araşdırmaları təqdirəlayiqdir. Kim Yong İl isə qeyd edib ki, bu ilin iyun ayından etibarən bir neçə aparıcı Koreya arxeoloqu çöl tədqiqat işlərini Qəbələ və Mil düzündə davam etdirməyi, həmçinin müasir avadanlıqlar vasitəsilə abidələr yerləşən ərazilərdə xəritəçəkmə işləri aparmağı planlaşdırır.

Görüş işgüzar şəraitdə başa çatdıqdan sonra qonaqlar institutun Arxeoloji fondunda yerləşən müvafiq materiallarla tanış olublar.

Xəbər lenti