Logo

2022-ci il üzrə “Şirməmməd Hüseynov mükafatı”nın qalibi açıqlanıb

26.01.2023 14:23 327 baxış
IMG

Azərbaycanın keçmiş xarici işlər naziri, hazırda ölkəmizin Bosnya və Herseqovinadakı səfiri Vilayət Quliyev 2022-ci il üzrə “Şirməmməd Hüseynov mükafatı”nın qalibi olub.

Tehsil.biz xəbər verir ki, bu barədə mükafatın Ekspert Komissiyasının sədri Alim Hüseynli bildirib.

Onun sözlərinə görə, qərar mükafatın əsasnaməsində nəzərdə tutulan prosedur qaydalarına uyğun olaraq, Komissiya üzvləri arasında aparılan geniş müzakirələrdən sonra qəbul olunub.

A.Hüseynli vurğulayıb ki, əslində mükafatın qalibinin adı ötən ilin dekabr ayında açıqlanmalı idi: “Lakin müəyyən obyektiv səbəblərdən proses bu günlərdə yekunlaşdı. Ümumilikdə Komissiya üzvləri tərəfindən 6 namizəd irəli sürülmüşdü. Komissiya üzvlərinin yekdil fikri ilə sabiq xarici işlər naziri, diplomat, filologiya elmləri doktoru Vilayət Quliyev qalib elan olundu”.

“Vilayət Quliyevin həm xarici işlər naziri, həm səfir, həm də tədqiqtçı alim kimi fəaliyyəti, xüsusilə də Cümhuriyyət Qurucuları barədə araşdırmaları Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. “Bu baxımdan o, Azərbaycan dövləti və xalqı qarşısında göstərdiyi xidmətlərə görə, “Şirməmməd Hüseynov” mükafatına layiq görülüb”, - qurum rəsmisi əlavə edib.

Qeyd edək ki, “Şirməmməd Hüseynov mükafatı” ilə bağlı qərar Parlament Jurnalistlər Birliyinin İdarə Heyətinin 12 noyabr 2019-cu il tarixdə qəbul edilib. 2020-ci ildə “Şirməmməd Hüseynov mükafatı”nın qalibi diplomat, araşdırmaçı alim, diaspor fəalı Ramiz Abutalıbov, 2021-ci ildə isə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva olub.

Xəbər lenti