Logo

DİM və Türkiyənin Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzinin nümayəndələri arasında görüş olub

30.01.2023 15:21 192 baxış
IMG

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və DİM-in bir sıra struktur bölmələrinin rəhbərləri Türkiyənin Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzinin (ÖSYM) rəhbərinin müşaviri İbrahim Vəli, şöbə müdiri Hayati Koca və Bakı Türk Anadolu Liseyinin direktor müavini İrfan Özəni qəbul ediblər.

Tehsil.biz xəbər verir ki, görüşdə ölçmə və qiymətləndirmə sahəsində tətbiq edilən yeni metod və yanaşmalar, standartlaşdırılmış imtahanlar, türk dövlətlərinin yoxlama-ölçmə təşkilatlarının konfranslarının keçirilməsi, qarşılıqlı səfərlərin təşkili, qurumlar arasında təcrübə mübadiləsinin genişləndirilməsi və s. məsələlər müzakirə edilib.

Qonaqlar həmçinin DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzey, qəbul imtahanları ilə bağlı ölkə üzrə statistik məlumatları əks etdirən Azərbaycan Respublikasının elektron xəritəsi ilə də tanış olublar.

Xəbər lenti