Logo

Gürcüstanda 2 məktəbin hər birində bir şagird təhsil alır

02.02.2023 15:12 320 baxış
IMG

Gürcüstanda 2 məktəbin hər birində bir şagird təhsil alır.

Tehsil.biz Gürcüstan mətbuatına istinadən xəbər verir ki, ölkənin Duşeti rayonunun Çarğalı kəndindəki ictimai məktəbdə 7 müəllim, 1 şagird, Kaspi rayonunun Qudaleti kəndindəki ictimai məktəbdə isə 4 müəllim, 1 şagird var.

Bundan başqa, ölkə ərazisində daha 4 kənddəki məktəblərin hər birində 2 şagird, 9 məktəbdə 3 şagird, 6 məktəbdə 4 şagird, 8 məktəbdə isə 5 şagird təhsil alır.

Ümumiyyətlə Gürcüstanda 288 məktəbdə təhsil alan şagirdlərin sayı 30-a qədərdir.

Xəbər lenti