Logo

Ənginliyin və zənginliyin mənəvi astanası – Gənclik 

02.02.2023 16:31 351 baxış
IMG

Hər bir gənc çiçəklənməkdə olan bir fidandır. Bu baxımdan savadlı, sivil vətəndaş olaraq sağlam düşüncəli gənclərin inkişafı hər bir ölkənin gələcəyi üçün önəmlidir.

Ölkənin sabahı bu günün gəncliyinə bağlıdır. Bu səbəbdən bütün xalqlar kimi Azərbaycan xalqı da özünün parlaq gələcəyə olan ümidlərini başlıca olaraq gənc nəsildə görür.

Bu gün gənclərin sosial, iqtisadi və siyasi arenada inkişafı və bunun üçün görülən tədbirlər,atılan addımlar olduqca vacib  məsələlərdəndir. 

Azərbaycan gəncliyinin bugünkü inkişafının təməli Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə atılmışdı. Hakimiyyəti dövründə Ulu Öndər vətənpərvər, milli-mənəvi dəyərlərə sadiq bir gəncliyin, Azərbaycan xalqına fayda verəcək bir nəslin yetişməsinin önəmini vurğulayırdı. O, gənclərin tərəqqisi məqsədilə atılan addımları yüksək qiymətləndirir, bu addımları müstəqil Azərbaycan dövlətinin ən vacib faəliyyət istiqamətlərindən biri hesab edirdi. Dövrünün gənclərinə böyük qayğı və diqqətlə yanaşır, onların inkişafına yol açan addımlar atırdı. 

İyirmi beş il öncə – 1997-ci ildə Ulu Öndər fevralın 2-sini "Gənclər Günü" elan etdi və həmin tarix qəlbi qurub-yaratmaq eşqi ilə döyünən, gələcəyə böyük ümid bəsləyən hər bir Azərbaycan gəncinin yoluna saçılan bir işıq oldu. 

Ümummilli Liderin gənclərlə bağlı siyasətini  uğurla davam etdirən Prezident İlham Əliyev də hər zaman fəaliyyətində gənclərə çox həssaslıqla yanaşır, müstəqil Azərbaycan dövlətinin bugünün və gələcəyinin əsas sosial qüvvəsi olan müasir gəncliyin vətənpərvər ruhda yetişməsi üçün önəmli addımları dövlət siyasətinin əsas tərkib hissəsi hesab edir. 

Prezident İlham Əliyevin “Gənclərə müraciət edirəm! Mən sizinləyəm, mən sizi həmişə dəstəkləmişəm. Bu gün də dəstəkləyirəm və gələcəkdə də dəstəkləyəcəyəm” sözləri əslində Azərbaycan gəncliyinin qarşısında açılan aydın üfüqlərdir.

Azərbaycanda gənclərin hərtərəfli inkişafı istiqamətində genişmiqyaslı işlər aparılır. Prezident İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” dövlət gənclər siyasətinin yeni mərhələyə qədəm qoyduğunu bir daha göstərdi.

1994-cü ildə dövlət gənclər siyasətini həyata keçirən Gənclər və İdman nazirliyi yaradılıdı. Ulu öndərin hakimiyyəti dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzərlərində hiss ediblər. 1996-cı il 2 fevral tarixində məhz Ulu öndər Heydər Əliyev dəstəyi ilə gənclərin 1-ci forumu keçirilidi. 1997-ci ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər günü kimi qeyd olunmağa başladı.Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasəti  bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirir. 

Həqiqətən gənclər xalqın gələcək inkişafi üçün böyük qüvvə və əsas amillərdəndir. 

Əsrlər boyu ata-babalarımız əmanəti milli-mənəvi adət ənənələrimiz gənclər tərəfindən qorunub gələcək nəsillərə ötürülür. Bu əmanətlər sırasında dilimiz və dinimiz də ön sıralardadır. Milli-mənəvi dəyərlərimizin qorunması sağlam təfəkkürlü nəslin yetişdiyi bir xalqın təminatçısıdır. Dilimizi qorumaq,yad söz və ifadələrdən təmizləmək, müstəqil Azərbaycanın bütövlüyü uğrunda...

Şəms Hüseynli
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Xəbər lenti