Logo

“WorldSkills Azerbaijan” təşkilatı “WorldSkills Asia”nın “Ümumi Yığıncağı”nda iştirak edib - FOTO

16.03.2023 16:18 367 baxış
IMG

“WorldSkills Azerbaijan” platformasının nümayəndəsi 8-10 mart tarixlərində Koreyanın İnçxon şəhərində keçirilən “WorldSkills Asia”nın ən ali tədbiri olan “Ümumi Yığıncaq”da iştirak edib.

Tehsil.biz xəbər verir ki, sözügedən yığıncaqda  “WorldSkills” beynəlxalq təşkilatının icraçı direktoru Devid Hoey və 15-dən çox Asiya ölkəsinin nümayəndəsi də yer alıb. Tədbir zamanı, yeni ölkənin təşkilata qəbulu, 2023-cü ildə “WorldSkills Asia” yarışlarına ev sahibliyi edəcək ölkənin və idarə heyətinin üzv seçimi kimi məsələlər müzakirə olunub və səsvermə nəticəsinə uyğun olaraq qərarlar qəbul edilib.  

Tədbirin davamında Finlandiya, Hindistan, Kanada və Səudiyyə Ərəbistan kimi ölkələrin şirkətləri tərəfindən yeni bacarıqların “WorldSkills Asia”nın yarış siyahısına əlavə olunması ilə bağlı təqdimat keçirilib. Daha sonra, COVİD-19 pandemiya dövründə təşkilata üzv olmuş ölkələrin, o cümlədən Azərbaycanın sertifikasiya və mükafatlandırılması baş tutub.

Qeyd edək ki, səsvermə nəticəsində Birləşmiş Ərəb Əmirlikləri 2023-cü ildə “WorldSkills Asia” yarışlarına ev sahibliyi edəcək ölkə olaraq təsdiq edilib.

Xatırladaq ki, “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.

Xəbər lenti