Logo

"Yurdumuza Bahar gəlib" adlı tədbir keçirilib

17.03.2023 16:00 481 baxış
IMG

Martın 17-də  Şabanlı kənd Mədəniyyət evində Novruz bayramı ilə əlaqədar “Yurdumuza Bahar gəlib" adlı tədbir keçirilib. 

Tehsil.biz xəbər verir ki, tədbirdə Şabanlı kənd bələdiyyəsinin sədri İzahət Ağayev, Salman Abbasov adına tam orta məktəbin direktoru Sucayət Mehdiyev və şagirdlər iştirak edib. Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə mədəniyyət evinin direktoru Cəmil Əzizov, məktəbin direktoru Sucayət Mehdiyev çıxış edərək Novruz bayramı münasibətilə iştirakçıları təbrik edib, ölkəmizə, dövlətimizə, xalqımıza xoşbəxt və firavan həyat arzulayıblar.

Sonra şagirdlərin ifasında Novruz bayramına həsr olunmuş şeirlər səsləndirilib, səhnəciklər nümayiş etdirilib.

Xəbər lenti