Logo

Bölgələrdə universitet olmasının əhəmiyyəti - ŞƏRH+FOTO 

08.04.2023 16:39 433 baxış
IMG

"Azərbaycanın bölgələrində universitet açılması, ölkənin geniş şəhər və kənd ərazilərində yaşayan gənc nəslin təhsil imkanlarının genişləndirilməsi və bu sahədə bəzi problemlərin həllinə kömək edir".

Bunu "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, bəzi hallarda valideynlər övladlarının kənara getməsinə razı olmur:

"Bölgələrdə universitet açılması, yerli gəncələrə öyrənmək üçün daha yaxşı şərait yaradılmasına imkan verir. Bu, onların mənzil kirayələri, dərslərdə iştirak üçün metro və ya avtobus dəyişmələri kimi problemlərini azaldır və onların ən yaxşı təhsil imkanlarından faydalanmağı təmin edir. Bölgələrdə universitet açmaq yerli ictimaiyyətin inkişafına təsir edir. Universitetlər yeni iş yerləri yarada bilər və yerli iqtisadiyyat üçün yeni imkanlar açar. Bu, əhalinin öz yerlərində iş tapması üçün daha yaxşı imkanlar yaratdığı kimi, bölgədə qalmağı üçün bir əhəmiyyət də verir".

Kamran Əsədov (Təhsil eksperti)

Ekspert bildirib ki, rayonlarda universitet açılması ölkənin müxtəlif bölgələrində yaşayan insanların təhsil və mədəniyyətinə daha yaxşı komunikasiya imkanları yaradır:

"Bölgədə yaşayan insanlar ölkənin mərkəzi bölgələrindəki mədəniyyət və təhsil hadisələrinə daha yaxşı qoşulmaq imkanına malik olacaqlar. Bununla yanaşı, bölgələrdə universitet açılması dövlət tərəfindən dəstəklənən elmi və tədqiqat sahələrinə inkişaf imkanları yaradır. Bu, ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən mərkəzlər vasitəsi ilə özünüinkişaf etdirmək üçün daha yaxşı bir zəmin yaradır".

K.Əsədov qeyd edib ki, bölgələrdə ali təhsil müəssisəsinin olması ölkənin təhsil sahəsində inkişafını təmin edən və mədəniyyətin genişlənməsinə kömək edən bir addımdır:

"Mən səkkiz aydır ki, mütəmadi olaraq Qazaxa gedirəm. Burada olan universitetlərin rayonun sosial-iqtisadi inkişafına ciddi töhvələr verdiyinin şahidiyəm. Bu, həmçinin Quba rayonuna da, Mingəçevir şəhərinə də aiddir".

Mərcanə Əsədova

Xəbər lenti