Logo

“Dövlət qurumlarında daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi” adlı pilot layihənin icrasını davam etdirilir

05.03.2021 12:00 348 baxış
IMG

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi dövlət qulluğunda institusional islahatların həyata keçirilməsi istiqamətində fəaliyyətin təşkili və dövlət qurumlarında idarəçiliyin inkişaf etdirilməsi məqsədilə “Dövlət qurumlarında daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi” adlı pilot layihə həyata keçirir.

 

Pilot layihənin iştirakçı qurumları kimi Dövlət İmtahan Mərkəzi, Hesablama Palatası, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Statistika Komitəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi seçilib.

 

4 mart 2021-ci il tarixində pilot layihənin onlayn işçi görüşü keçirilib. Görüşün keçirilməsində əsas məqsəd SIGMA ekspertlərini iştirakçı qurumların daxili nəzarət-audit mexanizmləri ilə tanış etmək və işçi qrupun rolunu müəyyənləşdirmək olub.

 

Görüşdə, həmçinin daxili nəzarət-audit modelinə dair nümunə təqdim edilib və işçi qrupun nümayəndələri ilə müzakirələr aparılıb.

 

Təlimdə iştirakçılar üçün ingilis dilindən Azərbaycan dilinə və əksinə tərcümə xidməti təmin edilib.

 

DİM tərəfindən təşkil olunan “Dövlət qurumlarında daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi” layihəsi Avropa İttifaqı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT/OECD) ilə birgə SIGMA (Rəhbərlik və İdarəetmədə Təkmilləşdirməyə Dəstək) proqramı çərçivəsində həyata keçirilir.

Xəbər lenti