Logo

Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün tеst imtаhаnı keçirilir

05.03.2021 13:02 338 baxış
IMG

Dövlət İmtahan Mərkəzi Vəkillər Kollegiyası ilə birgə 2021-ci il martın 5-də Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirir.

 

İmtahan kompüter vasitəsilə elektron qaydada DİM-in Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında 2 növbədə təşkil olunur. 

 

Namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim olunacaq.

Xəbər lenti