İyunun 5-də elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) prezidenti, millət vəkili Novruz Aslanov ilə görüşüb.
Tehsil.biz xəbər verir ki, Emin Əmrullayev görüşdən məmnunluğunu bildirib, humanitar təşkilatın fəaliyyəti və nazirlik ilə mövcud əməkdaşlığın inkişafını müsbət qiymətləndirib.
Novruz Aslanov da öz növbəsində görüşün təşkili üçün təşəkkür edib. AzQAC ilə Elm və Təhsil Nazirliyi arasında Anlaşma Memorandumunun mövcudluğunu xatırladan Novruz Aslanov rəhbərlik etdiyi təşkilat və nazirlik arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib.
Görüşdə dövlət ali təhsil müəssisələrinin tələbələri üçün AzQAC-da müvafiq istehsalat təcrübəsinin təşkili, təhsil müəssisələrində yol hərəkəti qaydaları və yol təhlükəsizliyi üzrə təbliğatın aparılması xüsusilə vurğulanıb.
Daha sonra Novruz Aslanov AzQAC-ın 100 illiyinə həsr olunmuş xatirə medalını Emin Əmrullayevə təqdim edib.