Logo

Yazıçı Azər Abdulla koronavirusdan vəfat edib

23.03.2021 00:48 334 baxış
IMG

Yazıçı Azər Abdulla COVID-19-dan dünyasını dəyişib.

 

Bu barədə "Report"a açıqlamasında onun oğlu, yazıçı Alpay Azər məlumat verib.

 

O bildirib ki, atası ötən gün vəfat edib: "Xəstəliyi ağır keçirirdi. 20 günə yaxın xəstəxanada müalicə aldı, amma onu itirdik".

 

Yazıçı özünün vəziyyətinin yaxşı olduğunu vurğulayıb.

 

Qeyd edək ki, mart ayının əvvəli ata-oğul hər ikisi koronavirusa yoluxmuşdu. A.Abdulla vəziyyəti ağır olduğu üçün Yeni Klinikaya yerləşdirilərək süni tənəffüs aparatına qoşulmuşdu.

 

Allah rəhmət eləsin!

Xəbər lenti