Logo

Tanınmış şair və tərcüməçi Uldis Berzinş vəfat edib

25.03.2021 10:10 341 baxış
IMG

Tanınmış latış şairi və Azərbaycab klassik ədəbiyyatının tərcüməçisi Uldis Berzinş vəfat edib.

 

Latviya KİV-in yaydığı məlumata əsasən, Azərbaycan klassik ədəbiyyatının, eləcə də müqəddəs Qurani Kərimin tərcüməçisi kimi tanınan şair 77 yaşında ikən vəfat edib.

 

U.Berzinş Azərbaycan ədəbiyyatı və mədəniyyətinə böyük sevgi ilə yanaşıb. O, “Dədə Qorqud” eposunu, eləcə də M.Müşfiq, S.Vurğun, R.Rza, M.Araz kimi bir çox şairlərimizin əsərlərini latış dilinə tərcümə edib.

Xəbər lenti