Logo

BANM-in müəllimi stolüstü tennis turnirinin qalibi olub

08.12.2023 11:17 182 baxış
IMG

Bakı Ali Neft Məktəbinin İdman Mərkəzinin məşqçi-müəllimi İftixar Məhərrəmov “Neftçi” İdman Klubunun təşkilatçılığı ilə SOCAR-ın müəssisə və birgə müəssisələrinin işçiləri arasında keçirilən stolüstü tennis yarışında turnirin qalibi adını qazanıb. 

Tehsil.biz xəbər verir ki, kişilər arasında keçirilən yarışda rəqiblərini üstələyən BANM-in müəllimi fəxri kürsünün I yerinə layiq görülüb.

”Məşəl” İdman Kompleksində təşkil olunan turnirdə 17 komandadan 38 iştirakçı (9 qadın, 29 kişi) qalib adı uğrunda mübarizə aparıb. Qaliblər “Neftçi” İdman Klubunun diplom, medal və qiymətli xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Xəbər lenti