Logo

“Əmək bazarının təhlili” mövzusunda videokonfrans keçirilib

07.04.2021 14:48 309 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Əmək bazarında işçi qüvvəsinə olan tələb və təklifin, eyni zamanda prioritet peşə ixtisaslarının müəyyən edilməsi” mövzusunda videokonfrans təşkil edilib.

 

Konfransda Dövlət Məşğulluq Agentliyinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Peşə təhsil müəssisələrinin və 50-dən çox işəgötürən nümayəndələri iştirak edib.

 

Onlayn formatda təşkil olunan konfransda işəgötürənlərin kadr ehtiyacları, müvafiq peşə sahələri üzrə peşəkar işçilərin cəlb olunmasında yaranan problemlər və cari ildə qiymətləndirilməsi və tanınması həyata keçiriləcək prioritet peşə ixtisasları müzakirə olunub. Əlavə olaraq, Agentlik tərəfindən əmək bazarının təhlilinə dair keçirilmiş sorğunun nəticələri əsasında hazırlanmış hesabat iştirakçılara təqdim edilib.

 

Konfrans əsnasında tədqiqatçılar və peşə təhsili sahəsində çalışan digər maraqlı şəxslər əlaqəli mövzularda fikir mübadiləsi apararaq, işəgötürənlərin təkliflərini dinləyib  və açıq suallarını cavablandırıb.

 

Daha ətraflı onlayn konfransın video yazısı ilə keçid vasitəsilə tanış ola bilərsiniz.

 

Qeyd edək ki, əmək bazarında işçi qüvvəsinə olan tələb və təklifin öyrənilməsi məqsədi ilə aparılan sorğu aprel ayının sonunadək davam edəcək. TKTA sahibkarları sorğuda iştirak etməyə dəvət edir.

Xəbər lenti