Logo

Dərslik layihələrinə dair ictimai rəy öyrənilir

09.04.2021 15:15 299 baxış
IMG

2021-2022-ci tədris ilinə ölkənin dövlət ümumi təhsil müəssisələrinin II və VI sinifləri üçün yeni hazırlanmış və ya təkmilləşdirilmiş dərslik və dərsliklərin metodik vəsaitlərinə dair ictimai rəyin öyrənilməsi prosesi davam edir. Bu məqsədlə dərslik və dərsliklərin metodik vəsaitlərinin layihələri www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsində yerləşdirilib.

 

Sayta daxil olaraq qeyd edilən bölmədə yerləşdirilmiş dərslik komplektlərinin məzmunu ilə tanış olmaq, eyni zamanda xüsusi ayrılmış sahədə irad və təklifləri yazmaq  mümkündür. İrad və təkliflər [email protected] elektron ünvanına da göndərilə bilər.

 

Təhsil Nazirliyi elm adamlarını, təhsil işçilərini, valideynləri, aidiyyəti dövlət qurumlarını, müxtəlif ictimai birlikləri və bütün maraqlı tərəfləri müzakirəyə çıxarılmış dərslik layihələrinə dair rəy, irad və təkliflərini bildirməyə dəvət edir.

Xəbər lenti