Logo

Azərbaycanın ali təhsil sistemində onlayn tədrisə töhfə vermək məqsədilə TAIEX təlimləri keçiriləcək

09.04.2021 17:37 249 baxış
IMG

Təhsil İnstitutunun tərəfdaşlığı ilə aprelin 21-23-də “Azərbaycan ali təhsil müəssisələrində onlayn tədris prosesinin monitorinqi və qiymətləndirilməsi” mövzusunda TAIEX (Avropa İttifaqının texniki yardım və informasiya mübadiləsi aləti) təlimləri keçiriləcək.

 

Bu barədə Tehsil.biz-əTəhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, təlimlər Azərbaycanın ali təhsil sistemində onlayn təhsilə töhfə vermək məqsədilə təşkil olunacaq.

 

Təlimlərin əsas məqsədi Azərbaycanın ali təhsil müəssisələrində onlayn təhsilin keyfiyyətini (dərslərin təşkili, məzmunu, qiymətləndirilməsi və s.) artırmaqdan ibarətdir. Təlimlərdə spiker qismində Estoniyanın Ali və Peşə Təhsili üzrə Keyfiyyət Agentliyinin qiymətləndirmə direktoru vəzifəsində çalışan xanım Liia Lauri və Katalonya Universitetinin Keyfiyyət Təminatı Agentliyində Keyfiyyət təminatı şöbəsinin müdiri Esther Huertas Hidalgo çıxış edəcək.

 

Qeyd edək ki, təlimlərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil İnstitutu, Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Təhsil Nazirliyinə tabe olan ali təhsil müəssisələrinin nümayəndələri iştirak edəcəklər.

Xəbər lenti