Logo

Videotəsvirlərin intellektual analizi əsasında araşdırmalar davam etdirilir

09.04.2021 17:40 249 baxış
IMG

İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarında videotəsvirlərin intellektual analizi əsasında sosial münasibətlərin aşkarlanması üçün yanaşma məsələsi müzakirə olunub.

 

İnstitutdan Tehsil.biz -ə bildirilib ki, məruzəni təqdim edən baş mütəxəssis, texnika üzrə fəlsəfə doktoru İradə Ələkbərova problemin aktuallığından söz açıb. Qeyd olunub ki, e-dövlətin səmərəli idarə olunması, ölkədə sosial-iqtisadi inkişafın və sabitliyin təmini üçün cəmiyyətdə baş verən demoqrafik proseslərin və sosial münasibətlərin analizi və proqnozlaşdırılması mühüm məsələlərdəndir. Bu analiz cəmiyyətdə baş verən sosial-iqtisadi və siyasi proseslərə aydınlıq gətirir, vətəndaşların davranışlarında və başqalarına qarşı münasibətlərində əsas xüsusiyyətləri ortaya çıxarır.

 

Bu gün videomüşahidə kameraları və üztanıma qurğuları təhlükəsizliyin təmini və nəzarətin gücləndirilməsinin vacib olduğu yerlərdə quraşdırılır. Cinayətkarlığın vaxtında aşkarlanması, ictimai yerlərdə baş verən qanunazidd hərəkətlərin və ya bədbəxt hadisələrin müşahidə olunması və təhlili hər bir dövlətin və şirkətin təhlükəsizliyinin mühüm istiqamətlərindəndir.

 

İ.Ələkbərova sosial münasibətlərin aşkarlanmasının mərhələli həllindən də danışıb.

 

Sonda məruzəyə dair fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Xəbər lenti