Logo

İmtahanlarla bağlı yaradılmış sistemdə indiyədək 27 milyondan çox yoxlama prosesi həyata keçirilib

09.04.2021 17:57 252 baxış
IMG

2017-ci ildən başlayaraq ümumi orta təhsil (9 illik) səviyyəsi üzrə buraxılış imtahanının, 2019-cu ildən başlayaraq isə tam orta təhsil (11 illik) səviyyəsi üzrə buraxılış imtahanının və ali təhsil müəssisələrinə tələbə qəbulu imtahanlarının yeni modelə əsasən həyata keçirilməsi ilə əlaqədar bu imtahanlarda müxtəlif fənlər üzrə yazı işi tapşırıqlarından (sərbəst və situasiya tipli) istifadə edilməyə başlanılıb. İmtahanlarda şagirdlərin bu tipli tapşırıqlar üzrə yerinə yetirdikləri yazı işlərinin yoxlanılması üçün DİM-də yeni sistem tətbiq edilməyə başlanılıb. Sistemin metodiki və proqram təminatı DİM-in əməkdaşları tərəfindən hazırlanıb.

 

Tehsil.biz xəbər verir ki, bu fikirlər Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin DİM-in yaradılmasının 5-ci ildönümünə həsr olunmuş məqaləsində yer alıb.

 

Məqalədə qeyd olunub ki, sistemdə yazı işlərinin yoxlanılması zamanı təhlükəsizliyin, effektivliyin, dəqiqliyin, keyfiyyətin, operativliyin təmin edilməsi məqsədilə bir çox tədbirlər görülüb. Pandemiya başlayanadək yoxlama prosesi DİM-də bu məqsədlə hazırlanmış, müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında aparılırdı. 2020-ci ildən isə yoxlama prosesi onlayn (məsafədən) formatda həyata keçirilir. Sistemdə indiyədək 27 milyondan çox yoxlama prosesi həyata keçirilib.

Xəbər lenti