Logo

Latviya təhsil sahəsində Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır

11.04.2021 11:13 250 baxış
IMG

Latviya təhsil sahəsində Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır.

 

Bunu Trend-ə Latviyanın Azərbaycandakı səfirinin müşaviri Viya Buşa deyib.

 

O bildirib ki, COVID-19 pandemiyasına baxmayaraq azərbaycanlı tələbələrin Latviyanın ali tədris müəssisələrində təhsilə marağı artmaqda davam edib:

 

“2020/21-ci tədris ilində Latviyada 169 azərbaycanlı tələbə təhsil alır. 2019/20-ci ildə bu rəqəm 169-a, 2018/19-cu ildə 144-ə bərabər idi”.

 

2020/21-ci tədris ilində Latviya Azərbaycandan tələbə və tədqiqatçılara tədris üçün 9, beynəlxalq yay məktəblərində iştirak üçün 8 təqaüd təqdim edib:

 

“Latviya Azərbaycanla əməkdaşlığın inkişafında, xüsusilə də ali təhsil və tədqiqatlar sahəsində, o cümlədən tələbə və akademik heyətin, informasiya və təcrübə mübadiləsi, birgə layihələrin inkişafı üzrə əməkdaşlıqda maraqlıdır.

Xəbər lenti