Logo

Onlayn müsahibələrə sənəd qəbulu başlayır

12.04.2021 12:09 293 baxış
IMG

Aprelin 13-dən 2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti müsahibə mərhələsi üçün elektron sənəd qəbuluna başlanılacaq.

 

Namizədlər aprelin 13-dən şəxsi səhifələrinə daxil olaraq onlayn müsahibələrdə iştirak üçün hazırlanmış təlimatla tanış ola bilərlər. Daha sonra müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanları müvafiq xanaya yazılmaqla iştirak təsdiq edilməlidir.

 

Elektron sənəd qəbulu üçün son müraciət tarixi 14 aprel saat 23:59-dur. Namizədlərin məlumatları yoxlanıldıqdan sonra şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcək.

 

Qeyd edək ki, müsahibələr “Microsoft Teams” platforması üzərindən onlayn həyata keçiriləcək.

 

Cari müsahibələr başa çatdıqdan sonra apellyasiya prosesinin təşkili nəzərdə tutulub.

Xəbər lenti