Logo

Bu gündən MİQ üzrə növbəti onlayn müsahibələrə start verilir

13.04.2021 09:32 281 baxış
IMG

Bu gündən 2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti müsahibə mərhələsi üçün elektron sənəd qəbulu başlanılacaq.

 

Təhsil Nazirliyindən verilən məlumata görə, müsahibə mərhələsinin elektron sənəd qəbulu 13-14 aprel tarixlərini əhatə edəcək.

 

Namizədlər şəxsi səhifələrinə daxil olaraq onlayn müsahibələrdə iştirak etmək üçün hazırlanmış təlimatla tanış ola bilərlər. Namizədlər təlimatla tanış olduqdan sonra müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər.

 

Elektron sənəd qəbulu üçün son müraciət tarixi 14 aprel saat 23:59-dur. Namizədlərin məlumatları yoxlanıldıqdan sonra şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcək.

 

Qeyd edək ki, ölkə ərazisində xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar olaraq müsahibələr əvvəlki qaydada, “Microsoft Teams” platforması üzərindən onlayn həyata keçiriləcək. Müsahibələr başa çatdıqdan sonra apelyasiya prosesinin təşkili nəzərdə tutulub.

Xəbər lenti