Logo

BDU-nun tələbəsi – Milli həmrəylik və dəmir iradə

13.04.2021 10:35 284 baxış
IMG

Hər bir xalq özünün yaratdığı tarixi abidələri, alimləri və görkəmli şəxsiyyətləri ilə əbədiyaşardır. Bu şəxsiyyətlər millətin və xalqın mədəniyyətindən, qədimliyindən və qəhrəmanlığından xəbər verir. Belə insanları tanıdıqca həmin xalqın hansı kökdən və sivilizasiyadan törədiyini görmək o qədər çətin olmur. Xalqımızın öz keçmişi və indisi ilə fəxr etməyə haqqı vardır. Zaman-zaman yadelli işğalçılar tərəfindən işğal olunan,2 00 ildən çox Rus imperiyasının təsiri altında qalan, xarici qüvvələr tərəfindən milli həmrəylik ruhunun öldürülməsi üçün ölkəyə təsirlər göstərilən, torpaqları uzun illər işğal altında olan, lakin qəhrəman xalqımızın rəşadəti sayəsində müstəqilliyə qovuşan dövlətimizdə yaşamaq bu dövlətin vətəndaşları üçün fəxrdir. Son illərdə yaşanan hadisələr göstərir ki, Azərbaycan xalqının qəhrəmanlıq yolunda dəyişən tək şey zamandır. Xalqımız tarixin çətin zamanlarında olduğu kimi bu gündə dəmir yumruq kimi məğrur və bütövdür.

 

Tarixi şəxsiyyətlər sarıdan da xalqımızın bəxti hər zaman gətirmişdir. Tarixin bütün dönəmlərində Allah xalqımıza belə düha sahibləri nəsib etmişdir. Biz Tanrıya daima minnətdar olmalıyıq ki, zəmanəmizin yetişdirdiyi dahilər içərisində müdrik öndərimiz Heydər Əliyev də var. Bu heç kimə sirr deyil ki, biz öz Vətənimizi nə qədər böyük, uca görsək də dünya xəritəsində çox kiçik coğrafi məkan olan Azərbaycanı ulu öndərimizin başçılığından öncə əksər dövlətlər demək olar ki, tanımırdılar. Hələ bu azmış kimi nəhəng imperiya maraqlarının toqquşduğu coğrafi mövqedə yerləşən ölkəmiz parçalanıb yox olmaq təhlükəsi qarşısında idi. İqtisadiyyatı dağıdılan, ərazisində müharibələr gedən Vətənimizi bu dəhşətli burulğandan xilas etməyə qadir olan bir şəxsiyyətə ehtiyacı var idi. Bütün bunlara isə polad iradəyə, dərin zəkəya malik görkəmli lider Heydər Əliyev və xalq həmrəyliyi nail ola bilərdi. O ağır zamanlarda Heydər Əliyevin xalqa müraciəti ilə 100 minlərlə insan Azadlıq meydanına toplaşdı, siyasi hakimiyyətlə həmrəyliyini nümayiş etdirdi. Qısa bir vaxt ərzində bu böyük insan ölkəmizdə sülhü, sabitliyi bərpa edə bildi. Azərbaycanımızın haqq səsini dünyaya çatdırmaq, qabaqcıl ölkələr sırasında layiqli yer tutmaq naminə geniş fəaliyyətə başladı. Bütün həyatını xalqına xidmət etməyə həsr edən bu tarixi şəxsiyyətə bütün türk dünyasının ən parlaq günəşidir deməyə mənəvi haqqımız var. Ali Baş Komandan İlham Əliyev bu gün ümummilli liderin daxili, xarici siyasətini layiqincə davam etdirir. Qələbəmizin memarı, bütün dünya ölkələrini öz cənginə alan pandemiya dövründə, çətin bir dövrdə ümumxalq probleminə çevrilən Qarabağ məsələsini kökündən həll etdi. Prezidentimizin düzgün siyasəti, əsgərlərimizin şücaəti və xalqımızın həmrəyliyi nəticəsində bu gün artıq biz bütöv Azərbaycanda yaşayırıq.

 

Ulu öndərimiz həmişə Azərbaycanlı olması ilə fəxr etmişdir. Mən də fəxr edirəm ki, belə nurlu və dahi şəxsiyyətlərlə bir əsrdə, bir zamanda yaşamış onların bizim üçün qurub-yaratdığı möcüzələrin canlı şahidi olmuşam.

 

Ayan Cəfərova,

BDU-nun Mexanika-riyaziyyat fakültəsinin tələbəsi

Xəbər lenti