Logo

Qəbul qaydalarında hansı dəyişikliklər baş verib? - Önəmli məqamlar

15.04.2021 12:41 334 baxış
IMG

2017-ci ildə ilk dəfə olaraq ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı yeni proqram və model əsasında keçirilib.

 

Abituriyentlərə cari tədris ili çərçivəsində müəyyən bir ixtisas qrupu daxilində keçirilən qəbul imtahanlarında iki dəfə iştirak etmək şansı verilib. Hər iki imtahanda iştirak edən abituriyentə müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özünün müəyyənləşdirməsi imkanı yaradılıb.

 

2018-ci ildə abituriyentlərə, eyni zamanda, həm I–IV qruplardan hər hansı birinin (və ya ikisinin) ixtisasları üzrə, həm də V qrupun ixtisasları üzrə müsabiqədə iştirak etmək imkanı yaradılıb.

 

2019-cu ildə ilk dəfə olaraq tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı və ali təhsil müəssisələrinə qəbul imtahanı yeni proqram və model əsasında keçirilib. Ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki mərhələdə təşkil edilib. Qəbul imtahanının ikinci mərhələsini iki dəfə vermək şansı yaradılıb.

 

IX və XI sinif səviyyəsi üzrə keçirilmiş buraxılış (qəbul) imtahanının nəticəsinin iki il qüvvədə qalması ilə bağlı qərar qəbul olunub.

 

İlk dəfə olaraq, orta ixtisas təhsili pilləsi üzrə “subbakalavr” peşə-ixtisas dərəcəsi almış şəxslərə (subbakalavrlara) qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq hüququ verilib.

 

İlk dəfə olaraq, beynəlxalq səviyyədə akkreditasiya olunan “Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma Programme)”, “Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (Advanced Level of General Certificate of Education)” və “Yüksək yerləşdirmə (Advanced Placement)” təhsil proqramları üzrə təhsil almış abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaq imkanı əldə ediblər.

 

2020-ci ildən xarici dillər üzrə doktoranturaya qəbul, 2021-ci ildən isə qəbulla yanaşı, xarici dillər üzrə fəlsəfə doktoru imtahanları da Mərkəz tərəfindən həyata keçirilməyə başlanılıb.

 

Magistraturayaqəbul qaydaları daha da sadələşdirilib və imtahan bir mərhələdə həyata keçirilib.

Xəbər lenti