Logo

"Yaşıl Marafon” çərçivəsində Xocasəndə ağac əkilib

18.04.2021 12:30 232 baxış
IMG

Aprelin 17-də IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.

 

Bakının Xocasən qəsəbəsində keçirilən aksiyaya Təhsil Nazirliyinin əməkdaşları da qoşulub.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, IDEA İctimai Birliyinin, Təhsil Nazirliyinin əməkdaşlarının və könüllülərin iştirakı ilə 1 hektar ərazidə 650-dən çox müxtəlif cinsli ağac əkilib.

 

Qeyd edək ki, bu il yaz və payız əkin mövsümlərində ölkə üzrə 1 milyona yaxın ağac əkiləcək.

Xəbər lenti