Logo

Media nümayəndələri üçün “#QalibMüəllim” müsabiqəsi

19.04.2021 12:51 470 baxış
IMG

Təhsil Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri arasında “Qalib müəllim” videohekayə müsabiqəsinə start verilir. 

 

19 aprel-28 may tarixlərini əhatə edən müsabiqənin keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində iştirak edən, eyni zamanda qalib əsgərin formalaşmasında rolu olan Azərbaycan müəllimlərinin tanıdılmasıdır.

 

Müsabiqə aşağıdakı başlıqlar üzrə keçirilir:

 

- “Qalib əsgərin müəllimi” - şagird və tələbələri vətənpərvər ruhda yetişdirən Azərbaycan müəllimi haqqında videooçerk;

 

- “Ön cəbhədə döyüşən müəllim” - Vətən müharibəsində iştirak etmiş əsgər, qazi və şəhid olan müəllimlərin həyat hekayəsi;

 

 Müsabiqə üzrə tələblər aşağıdakılardır:

 

- Müsabiqədə ölkəmizdəki media qurumlarının nümayəndələri iştirak edə bilər;

 

- Müsabiqəyə göndərilən video 2 dəqiqədən artıq olmamalıdır;

 

- İştirakçı özü haqqında zəruri məlumatları (adı, soyadı, yaşı, yaşadığı şəhərin (rayonun adı), təmsil etdiyi media qurumunun adı və tutduğu vəzifə, əlaqə telefonu) daxil etməklə hazırlanmış videonu 21 may 2021-ci il tarixinədək  [email protected]  elektron ünvanına  göndərməlidir;

 

- Hər iştirakçı bir videohekayə göndərə bilər;

 

- Müsabiqəyə təqdim olunan videohekayələr “Qalib müəllim” ön sözü ilə başlamalıdır.

 

Müsabiqənin yekununda videohekayələr Təşkilat Komitəsi tərəfindən dəyərləndiriləcək və qaliblər müəyyən olunaraq təltif ediləcəklər.

Xəbər lenti