Logo

Azərbaycan İdman Akademiyasında növbəti elmi seminar baş tutub

25.07.2024 15:16 987 baxış
IMG

Azərbaycan İdman Akademiyasında doktorantların və dissertantların elmi-tədqiqat mövzuları müzakirə edilib. Akademiyanın Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektoru Ülkər Babayeva və Doktorantura şöbəsinin müdiri vəzifəsini icra edən Nailə Kələntərlinin iştirak etdiyi seminarda pedaqogika və tibb sahələrində aktual olan tədqiqat mövzularına toxunulub.

Seminar zamanı pedaqogika və tibb elm sahələrində “Yeniyetmə voleybolçuların təlim məşğələləri və yarışlara hazırlıq işlərinin təkmilləşdirilməsi”, “8-10 yaşlı uşaq futbolçuların hazırlanması”, “İdman pedaqogikasında müasir inkişafların idman təhsili idarəetməsinə təsiri”, “Fiziki tərbiyə məşğələlərində voleybolçu qızların idman motivasiyasının formalaşdırılması”, “Orta məktəbdə bədən tərbiyəsi fənninin tədrisində müasir texnologiyaların tətbiqi”, “Patellofemoral ağrı sindromu olan xəstələrdə xüsusi idman hərəkətlərinin təsirinin müqayisəli qiymətləndirilməsi”, “Peşəkar futbolçularda və əhalinin müxtəlif qruplarında qasıq sümüyünün osteitinin əməliyyatsız müalicəsi və reabilitasiyası”, “İdman zədələnmələrinin bərpasında reabilitasiya tədbirlərinin istifadəsi” mövzuları üzərində doktorant və dissertantlarla müzakirələr aparılıb.

Seminarın sonunda iştirakçılar arasında fikir mübadiləsi aparılıb və gələcək elmi-tədqiqatların perspektivləri ilə bağlı yeni ideyalar müzakirə olunub.

 

 

Xəbər lenti