Logo

“Müasir texnologiyada molibden xalkogenidləri” – monoqrafiya

23.11.2024 14:39 34 baxış
IMG

Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı Samirə Cəfərovanın “Müasir texnologiyada molibden xalkogenidləri” adlı monoqrafiyası nəşr olunub.

İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, monoqrafiyada müxtəlif üsullarla alınmış molibden xalkogenidlərinin nazik təbəqələrinin fiziki-kimyəvi, fotoelektrokimyəvi və yarımkeçirici xüsusiyyətlərinin tədqiqi, onlar əsasında heterostrukturların yaradılması və günəş elementləri və ya hidrogenin ayrılma reaksiyalarında elektrokatalizator kimi işləməsinin səmərəliliyi sahəsində son dövrlərdə əldə olunmuş nailiyyətlər öz əksini tapıb. Bu xalkogenidlərin optik və elektrik xassələrinin tədqiqi onların müxtəlif optoelektronik cihazlarda və günəş elementlərində tətbiqini müəyyən edib.

Monoqrafiya bu sahədə çalışan alim, mühəndis və texnoloqlar üçün nəzərdə tutulur.

Xəbər lenti