“Bu il keçirilən respublika fənn müsabiqələrində ümumilikdə 104 təhsil müəssisəsi təmsil olunub. Onların 39-u lisey və gimnaziya, 65-i məktəb, 16-sı isə kənd məktəbidir”.
TƏHSİL.BİZ xəbər verir ki, bunu bu gün Bakı Ali Neft Məktəbində Təhsil İnstitutunun təşkilatçılığı ilə keçirilən respublika fənn müsabiqələri qaliblərinin mükafatlandırılma mərasimində Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev deyib.
O bildirib ki, qalib sayına görə üstünlük təşkil edən məktəblərin “Top-5” siyahısı hazırlanıb:
“Bu siyahıda ilk yerlərdə 8 qızıl medalla Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziya və Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü lisey dayanır. Həmçinin, Türkiyə Dəyanət Vəqfi - Bakı Türk Liseyi, Fizika-riyaziyyat və informatika təmayüllü lisey və Şəki şəhər kimya biologiya təmayüllü respublika liseyi də “Top-5”də yer alıb”.