Logo

Naxçıvanda bağçalarda boş yerlərin siyahısı açıqlanıb

27.02.2025 08:35 84 baxış
IMG

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki 20 məktəbəqədər təhsil müəssisəsi üzrə hazırda bir neçə yaş qrupu üzrə 222 boş yer mövcuddur.

TƏHSİL.BİZ  xəbər verir ki, valideyinlər 3-4 yas qrup üzrə, Naxçıvan şəhər 1,  2, 4, 5, 6, 7,  10, 11, 12, 15 nömrəli, 4-5 yaş qrupu üzrə isə Naxçıvan şəhər 1, 2, 3, 5,  6, 7, 8,  11, 12 və 15 nömrəli uşaq bağçalarını  seçməklə həmin yaş qrupları üzrə uşaqlarını bağçalara yerləşdirə bilərlər.

Bildirilib ki, rayon Təhsil Şöbələrinin tabeliyində faəliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində də boş yerlər mövcuddur.

Qeyd edək ki,  məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi  il ərzində davam etdirilir. Valideynlər elektron portal üzərindən www.bq.edu.az saytına daxil olmaqla müəssisələrə qəbulla bağlı elektron kabinet yaradaraq  övladlarını növbəyə yazdıra bilərlər.

 


 

Xəbər lenti