Logo

BDU-nun tələbələri Biofizika İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

27.02.2025 10:37 46 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin IV kursunda təhsil alan bir qrup tələbə Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda istehsalat təcrübəsinə başlayıb. Bu proses BDU ilə Biofizika İnstitutu arasında uzunmüddətli əməkdaşlıq çərçivəsində həyata keçirilir.

BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, biologiya ixtisası üzrə təhsil alan 13 tələbə ilk gündə institutun strukturu, əsas elmi fəaliyyət istiqamətləri və laboratoriyalarında aparılan tədqiqat işləri haqqında ətraflı məlumatlandırılıb. Onlar institutun elmi işçiləri ilə tanış olaraq gələcək fəaliyyətləri üçün vacib hesab edilən mövzularda ilkin biliklər əldə ediblər.

İki ay davam edəcək təcrübə proqramı çərçivəsində tələbələr institutda aparılan elmi-tədqiqat işlərinə cəlb olunacaq, müxtəlif laboratoriyalarda praktiki bacarıqlarını inkişaf etdirəcək və nəzəri biliklərini real iş şəraitində tətbiq etmək imkanı əldə edəcəklər. Bu müddət ərzində tələbələr bioloji proseslərin fiziki və molekulyar əsaslarını öyrənərək müasir elmi metodlardan istifadə etməyi praktik olaraq sınaqdan keçirəcəklər.

Qeyd edək ki, istehsalat təcrübəsi aprel ayında başa çatacaq.

Xəbər lenti