Logo

Beynəlxalq Türk Akademiyası ilə Türkiyədəki təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib

27.02.2025 13:53 66 baxış
IMG

Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Ankarada Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvar ilə görüşüb.

Akademiyadan TƏHSİL.BİZ -ə bildirilib ki, görüş zamanı tərəflər Türk Akademiyası ilə Türkiyədəki təhsil müəssisələri arasında elmi əməkdaşlıq imkanlarını və türk xalqlarının ortaq mədəni irsinin təbliği məsələsini müzakirə ediblər.

Akademik Şahin Mustafayev türkologiya elminin inkişafı və Türk dünyasında elmi birliklərin inteqrasiyasının gücləndirilməsinə yönəlmiş əsas təşəbbüslər barədə məlumat verib.

Erol Özvar Akademiyanın fəaliyyətini yüksək qiymətləndirib və akademik əməkdaşlığın genişləndirilməsi səylərini dəstəkləyib.

Xəbər lenti