Logo

Bir həftə ərzində 4000-ə yaxın şagirdin yerdəyişməsi edilib

04.03.2025 10:33 39 baxış
IMG

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən TƏHSİL.BİZ -ə verilən məlumata görə, fevralın 25-dən etibarən 2024-2025-ci tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv edilib. Yerdəyişmə məktəbəhazırlıq qruplarını və I–X sinifləri əhatə edir.

Bu günə qədər 9000-dən çox müraciət portala daxil edilib, 4000-ə yaxın şagirdin yerdəyişməsi uğurla tamamlanıb.
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq, IX sinif şagirdlərinin yerdəyişməsi 5 mart 2025-ci il saat 18:00-da dayandırılacaq və tədris ilinin sonuna qədər aktiv edilməyəcək.

Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi sy.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.

Xəbər lenti