Logo

Münhen Elmi-Tədqiqat Mərkəzinin şöbə müdiri BDU-nun tələbələrinə ustad dərsi keçib

29.04.2021 14:06 393 baxış
IMG

Bu gün H.Helmholts adına Münhen Elmi-Tədqiqat Mərkəzində "Dinamik sistemlər" şöbəsinin müdiri və Münhen Universitetinin professoru, dünya elmində ən yüksək təltiflərdən ("Kiçik Nobel" mükafatı) sayılan, Almaniya hökumətinin təsis etdiyi "Aleksandr fon Humboldt" mükafatının ilk azərbaycanlı laureatı Məsud Əfəndiyev Bakı Dövlət Universitetində (BDU) “Elmlərin konvergensiyası: COVİD-19” mövzusunda ustad dərsi keçib.

 

Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov öncə alimin elmi fəaliyyəti haqqında məlumat verib, araşdırmalarının dünya elminə verdiyi töhfələrdən söz açıb.

 

Məsud Əfəndiyev ustad dərsində müasir dövrdə elmlərin konvergensiyası, onun rolu və strategiyası, səhiyyənin və biologiyanın riyazıyyata gətirdiyi yeniliklər, mikrobiologiya, virusologiya və molekulyar biotexnologiya elmlərinin inkişaf perspektivləri, COVID-19 pandemiyası ilə mübarizə, yeni epidemiya təhlükələrinin qarşısının alınmasında innovativ texnologiyaların tətbiqi, milli biotəhlükəsizlik çağırışları kimi məsələlərə toxunulub.

 

Müzakirələrdə iştirak edən BDU-nun rektoru Elçin Babayev mövzu ilə bağlı fikir və mülahizələrini bildirib.

 

Dərs auditoriya tərəfindən böyük maraqla dinlənilib, professor Məsud Əfəndiyev dinləyicilərin mövzu ilə bağlı çoxsaylı suallarını cavablandırıb.

Xəbər lenti