Dövlət İmtahan Mərkəzi (DİM) 2025/2026-cı tədris ili üçün idman istiqaməti üzrə xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqə şərtlərini təqdim edib.
DİM-dən TƏHSİL.BİZ -ə bildirilib ki, abituriyentlərin qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış) ümumi balı müvafiq şərtləri ödədiyi halda, qabiliyyət imtahanlarına buraxılırlar. Qabiliyyət imtahanlarına qeydiyyat tarixləri yaxın vaxtlarda elan olunacaq.