Logo

Dövlət Proqramı məzunundan növbəti təlim proqramı

06.05.2021 14:26 233 baxış
IMG

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı“ məzunlarının ictimaiyyətə tanıdılması, eyni zamanda əldə etdikləri bilik və bacarıqların paylaşılması məqsədilə davamlı olaraq təlimlər keçirilir.

 

7 may saat 17:00-da baş tutacaq təlim proqramı “Mərkəzi Bank və pul siyasəti” mövzusuna həsr edilib. Təlimçi yuxarıda qeyd olunan Dövlət Proqramı çərçivəsində ABŞ-ın İllinoys Universitetinin iqtisadi siyasət ixtisası üzrə magistratura pilləsindən məzun Elçin Güləliyevdir. Təlimdə iştirak etmək üçün müvafiq link    https://cutt.ly/7bvAWKI vasitəsilə  qeydiyyatdan keçmək mümkündür.

 

Qeyd edək ki, onlayn təlimə dair keçid yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.

Xəbər lenti