Logo

“Sağlam təhsil – sağlam millət” layihəsinin beynəlxalq konfransda təqdimatı keçirilib

06.05.2021 14:51 200 baxış
IMG

Beynəlxalq Texnologiya, Təhsil və Elm Cəmiyyətinin (ISTES) təşkilatçılığı ilə humanitar, sosial və təhsil elmləri üzrə beynəlxalq konfrans keçirilib. Konfransda 22 ölkədən (ABŞ, Yunanıstan, Ukrayna, Tayvan, Azərbaycan, Albaniya, Türkiyə, İsveç, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Xorvatiya, Qətər, Malayziya, Portuqaliya, Filippin, Yeni Zelandiya, Fransa, İsrail, Sinqapur, İspaniya, Braziliya, Mərakeş) 100 nəfərə yaxın iştirakçı təmsil olunub.

 

Sözügedən konfransda məruzəçi qismində Azərbaycanı Təhsil Nazirliyinin “Sağlam təhsil – sağlam millət” layihəsinin sosioloji blokunun rəhbəri Nigar Şahhüseynbəyova təmsil edib. Nigar Şahhüseynbəyova layihənin təqdimatı ilə yanaşı “Dayanaqlı təhsilin multidisiplinar inkişafı” mövzusunda məqaləsi ilə çıxış edib. Təqdimatda layihə çərçivəsində keçirilən monitorinqlərin nəticələri uğurlu təcrübə kimi paylaşılıb.

 

Konfrans Niderlandın aparıcı elmi-analitik “Elsevier” şirkətinin “Scopus” və “Thomson Reuters” şirkətinin “Web of Science” platformasının dəstəyi ilə keçirilib.

 

Qeyd edək ki, ümumi və xüsusi təhsil müəssisələrində, eləcə də ümumi təhsil müəssisələrinin xüsusi siniflərində sağlam təlim mühitinin formalaşdırılması, sağlamlığı qoruyan təhsil texnologiyalarının hazırlanması və tətbiqi üzrə keçirilən “Sağlam təhsil–sağlam millət” layihəsinin məqsədi təhsilalanların təlim nailiyyətlərini yüksəltməklə yanaşı, tədris şəraitindən irəli gələn hərəkət məhdudiyyətini və digər amilləri aradan qaldırmaq, onların sağlamlığını qorumaqdan ibarətdir.

Xəbər lenti