Logo

BDU tələbələri transmilli cinayət hüququ üzrə beynəlxalq məhkəmə müsabiqəsinin çempionu olublar

02.12.2025 08:39 77 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin tələbələri Belarusun paytaxtı Minskdə Belarus Həmkarlar İttifaqları Federasiyası, “MİTSO” Beynəlxalq Universiteti, Belarus Milli Elmlər Akademiyasının Tarix İnstitutu və Qanunvericilik və Hüquqi İnformasiya Milli Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “III Nürnberq prosesi və müasir beynəlxalq hüquq” adlı məhkəmə müsabiqəsində böyük uğura imza atıblar.

Bu barədə TƏHSİL.BİZ-ə BDU-dan bildirilib.

Transmilli cinayət hüququ üzrə mühüm əhəmiyyətə malik Nürnberq məhkəmələrinin yaradılmasının 80 illiyinə həsr edilən müsabiqədə Azərbaycanı təmsil edən BDU-nun “Transmilli cinayət hüququ” ixtisaslaşması üzrə I kurs magistrantı Siyavuş Bağırov və III kurs bakalavriat tələbəsi Aylin Kərimli müsabiqənin çempionu olub. BDU komandasının məşqçisi isə universitetin əməkdaşı İsmət Bayramovdur.

Müsabiqədə müxtəlif dövlətlərin nüfuzlu ali təhsil müəssisələrini təmsil edən 46-dan çox komanda iştirak edib.


 

Xəbər lenti