Logo

Tarix və Etnologiya İnstitutunda akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr edilmiş dəyirmi masa keçirilib

02.12.2025 08:41 85 baxış
IMG

AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Akademik Yusif Məmmədəliyev - 120 il” mövzusunda dəyirmi masa keçirilib. Tədbir dünyaşöhrətli kimyaçı-alim, akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illiyinə həsr edilib.

Bu barədə TƏHSİL.BİZ-ə AMEA-dan məlumat verilib.

Tədbiri institutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru İlqar Niftəliyev açaraq akademik Yusif Məmmədəliyevin Azərbaycan elminin inkişafındakı müstəsna xidmətlərini, keçmiş SSRİ-də, Azərbaycanda neft kimyası sahəsinin formalaşmasında və beynəlxalq elmi arenada tanıdılmasında mühüm rol oynadığını qeyd edib.

Dəyirmi masada “Yusif Məmmədəliyevin ictimai-siyasi fəaliyyəti”, “Yusif Məmmədəliyevin sovet ordusunun döyüş qabiliyyətinin artırılmasında rolu”, “Azərbaycanda astrofizika rəsədxanasının yaradılmasında Yusif Məmmədəliyevin rolu” mövzularında məruzələr dinlənilib.

Məruzələrdə akademik Y.Məmmədəliyevin elmi tədqiqatları, onun kimya elminə gətirdiyi yeniliklər, kataliz və sintetik neft məhsulları sahəsində dünya elminə töhfələri barədə ətraflı məlumat verilib.

Çıxışlarda Yusif Məmmədəliyevin yaratdığı elmi məktəbin bu gün də fəaliyyətini davam etdirdiyi, ölkəmizdə kimya sahəsində aparılan tədqiqatların onun elmi irsindən güc aldığı bildirilib. Məruzəçilər akademikin yubileyinin qeyd edilməsinin həm elmi mühit, həm də gənc tədqiqatçılar üçün mühüm stimul olduğunu bildiriblər.

Xəbər lenti