Logo

UNEC-in bir qrup müəlliminə “Tədqiqatçı” statusu verilib!

02.12.2025 11:21 80 baxış
IMG

Suqra Hümbətova, Tural Nağıyev, Aytən Niyazova və Əli Xəlilov “Tədqiqatçı-dosent”, Nigar Hüseynli “Tədqiqatçı-baş müəllim”, Həsrəddin Quliyev isə “Tədqiqatçı-müəllim” statusunu qazanıb.

TƏHSİL.BİZ xəbər verir ki, UNEC-də elmi-tədqiqatların keyfiyyətinin yüksəldilməsi və professor-müəllim heyətinin elmi fəaliyyətinin stimullaşdırılması məqsədilə 2019-cu ildən “UNEC professor-müəllim heyəti üzvlərinə ‘tədqiqatçı’ statusunun verilməsi haqqında” Qaydalar tətbiq olunur.

Bu statusu qazanan müəllimlərin aylıq vəzifə maaşları (diferensial əlavə əmək haqqı istisna olmaqla) 50% həcmində artırılır.

Müəllimlərimizi təbrik edirik, elmi fəaliyyətlərində davamlı uğurlar arzulayırıq!

Xəbər lenti