Logo

AQEM-in Baş Assambleyası keçiriləcək

02.12.2025 11:23 64 baxış
IMG

“Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi çərçivəsində olduqca əhəmiyyətli addımlar atılıb. Belə ki, 2024-cü ildən Azərbaycan AQEM-ə sədrlik edir və bu, üzv dövlətlərin ölkəmizə göstərdiyi etimadın bariz nümunəsidir”.

TƏHSİL.BİZ xəbər verir ki, bu fikirləri ADA Universitetində keçirilən “Yaşıl enerji və dayanıqlılıqda universitetlərin rolu” adlı beynəlxalq konfransda Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev söyləyib.

Qeyd olunub  ki, sədrlik dövründə əlaqələrin möhkəmləndirilməsi, rəqəmsallaşma və Asiyada dayanıqlı inkişafın təşviqi əsas prioritetlər kimi müəyyən edilib. Rəqəmsal həllər üzərində fəal iş aparılıb. Azərbaycan çoxtərəfli əməkdaşlıq formatında öz ənənəsini davam etdirərək il ərzində təşkilat çərçivəsində əhəmiyyətli  və uğurlu addımlar atıb:

“Bu müddətdə AQEM-in Qadınlar Şurası yaradılıb və maliyyə sammiti təsis edilib. Hər iki qurum gələcəkdə də təşkilat daxilində əməkdaşlığın dərinləşməsinə töhfə verəcək. Bununla yanaşı, Azərbaycan ötən ay Gənclər Təşkilatının 8-ci toplantısını, həmçinin AQEM-in Biznes Şurasının 8-ci iclasını keçirib. Bütün bunlar göstərir ki, Azərbaycan sədrlik çərçivəsində öz  məqsədlərinə nail olub. Hazırda isə AQEM-in Baş Assambleyasının keçirilməsi planlaşdırılır",- deyə Y.Rəfiyev bildirib.

Xəbər lenti