Logo

AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) “Gender bərabərliyində gənclərin iştirakı” mövzusunda tədbir keçirilib

02.12.2025 11:25 94 baxış
IMG

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) “Gender bərabərliyində gənclərin iştirakı” mövzusunda tədbir keçirilib.

TƏHSİL.BİZ xəbər verir ki,AƏSMA-nın rektor vəzifəsini icra edən Fərid Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Sevinc Məmmədova, Gəncə Regional Qadın Mərkəzinin sədri Məleykə Əlizadə və AHİK-in Gənclər, sosial layihələr və gender məsələləri ilə iş şöbəsinin müdir müavini Gülnarə Hüseynova çıxış edərək gender bərabərliyinin əsasları barədə danışıb, gənclərin dayanıqlı inkişaf məqsədləri ilə tanışlığının önəminə diqqət çəkiblər.

Qeyd olunub ki, gender bərabərliyi yalnız sosial ədalətin təmin olunmasına deyil, həm də cəmiyyətin innovativ və dayanıqlı inkişafına mühüm töhfə verir. Bildirilib ki, gənclərin bu prosesdə fəal iştirakı gender stereotiplərinin aradan qaldırılmasına və inklüziv qərarvermə mühitinin formalaşmasına şərait yaradır.

Tədbirdə həmçinin mövzu üzrə müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.

Xəbər lenti