Logo

Süni intellekt Strategiyası əqli mülkiyyət qanunlarında dəyişiklik edilməsini gündəmə gətirir

09.12.2025 10:45 121 baxış
IMG

Süni intellekt xüsusi bir fenomendir. Bununla bağlı bir çox məsələlər, xüsusən hüquqi və fəlsəfi məsələlər meydana gəlir. Süni intellektin hətta inqilabi təsiri olduğu halda, ondan istifadə edilməsi peşəkar dairələrdə və cəmiyyətdə etik və hüquqi nöqteyi-nəzərindən müəyyən dərəcədə ehtiyatla qarşılanır.

TƏHSİL.BİZ xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “Süni intellekt və patentlər” mövzusunda beynəlxalq konfransdan öncə təşkil edilən brifinqdə söyləyib.

Agentliyin rəhbəri süni intellekt ilə bağlı məsələlərin ölkəmizdə daim diqqət mərkəzində olduğunu bildirib. O qeyd edib ki, Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” iqtisadiyyat, dövlət idarəçiliyi, təhsil, infrastruktur və s. sahələri əhatə edir. Strategiya normativ-hüquqi bazanın təkmilləşdirilməsini, data etikası, məsuliyyət məsələlərini özündə cəmləşdirən “Süni intellekt haqqında” Qanunun qəbul edilməsini, habelə əqli mülkiyyət sahəsində qanunlarda da dəyişiklik edilməsini gündəmə gətirir.

Xəbər lenti