Logo

9 MAY QƏLƏBƏ GÜNÜDÜR!

09.05.2021 09:46 693 baxış
IMG

Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə böyük töhfə verib.

 

Bu qələbədə payı olan 600 mindən çox oğul və qızını cəbhəyə yola salan xalqımızın Böyük Qələbənin əldə olunmasında çox böyük rolu olub. Böyük Vətən Müharibəsində göstərdikləri igidliyə görə Azərbaycanın 120-dən çox vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.

 

Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılmış 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyalar döyüşlərdə misilsiz igidlik və şücaət göstərərək, adlarını tarixin səhifələrinə qızıl hərflərlə yazıblar. Partizan hərəkatında iştirak edən soydaşlarımız da saysız-hesabsız qəhrəmanlıqlar göstəriblər. Faşizmə qarşı mübarizədə azərbaycanlılar döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də qəhrəmanlıq göstəriblər. Şanlı Qələbəyə neft Bakısının töhfəsi də əvəzsiz olub.


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə böyük diqqət və qayğı ilə yanaşıb. Məhz Ulu Öndərin diqqəti nəticəsində İkinci Dünya müharibəsi iştirakçılarının mənəvi haqları özlərinə qaytarılıb və 1994-cü ildən başlayaraq ölkəmizdə Qələbə Günü qeyd olunur. Ulu Öndərimizin bu siyasətinin uğurlu davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müharibə veteranlarına dövlət qayğısını sosial sahədəki fəaliyyətinin əsas istiqamətlərindən birinə çevirib. Hər il Qələbə günü ərəfəsində veteranlarımızla görüş keçirən prezidentimiz onların problemlərinə böyük diqqət və qayğıyla yanaşır.


Şərəfli döyüş yolu keçmiş Azərbaycan veteranlarını Qələbə günü münasibətilə təbrik edirik. Dünyasını dəyişən igid oğullarımızın xatirəsini isə dərin ehtiramla yad edirik.

Xəbər lenti